Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rusiya və Azərbaycan arasında mədəni körpülər”

“Rusiya və Azərbaycan arasında mədəni körpülər”

Azərbaycanla Rusiya arasında mədəniyyət və incəsənət sahələrində əlaqələrin təbliği və təşviqi, eləcə də multikultural dialoqun möhkəmləndirilməsi məqsədilə ­Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Fevralın 13-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında “Rusiya və Azərbaycan arasında mədəni körpülər” mövzusunda “dəyirmi masa” təşkil olunmuşdur. Tədbirdə hər iki ölkənin deputatları, mədəniyyət nazirliklərinin və səfirliklərin təmsilçiləri, aparıcı ali təhsil ocaqları və ictimai birliklərinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi, muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin mədəniyyət sərvətlərinə nəzarət və reyestrlər sektorunun müdiri Yaşar Hüseynli “Azərbaycan Respublikasında mədəniyyətlərarası dialoq” mövzusunda təqdimat keçirərək bu sahədə aparılan dövlət mədəniyyət siyasəti haqqında bəhs edib. Ölkəmizin ərazisinin əlverişli regionlararası coğrafi xüsusiyyətlərindən irəli gələn qədim mədəniyyətlərarası ənənələri müasir Azərbaycanı qlobal səviyyədə multikulturalizm mərkəzinə çevirmişdir. Bunun bariz nümunəsi kimi, mədəniyyətlərarası dialoq üzrə ənənəvi Bakı forumları, habelə, Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verildi.
 Təqdimat zamanı Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi olan bütün etnik qrupların mədəni fəaliyyətinə dövlət tərəfindən göstərilən təşkilati, mənəvi və maddi-texniki dəstəkdən danışılıb, azsaylı xalqların folklor ənənələrinə həsr edimiş ənənəvi “Azərbaycan – doğma diyar” ümumrespublika festivalı nümunə kimi sərgiləndi.
Bundan əlavə, Y.Hüseynlinin Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasındakı təqdimatında Azərbaycan Respublikasının erməni təcavüzkarları tərəfindən işğal altında saxlanılan 20 faiz ərazisində Azərbaycan əhalisinə qarşı aparılan “etnik təmizləmə” və dağıntılar ilə yanaşı, erməni vandalizmi nəticəsində Azərbaycan mədəniyyətinə və mədəni irsinə vurulan ziyanı əks etdirən fotoşəkillər nümayiş olundu.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

16 2019 00:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin