Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının doktorant və tələbələrə qayğısı dərin razılıqla qarşılanıb

Dövlət başçısının doktorant və tələbələrə qayğısı dərin razılıqla qarşılanıb

Prezident İlham Əliyevin sərəncamı ilə doktorantların, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri artırılıb. Məqsəd doktorant və tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirməkdir. 

Bu xəbər ölkə ictimaiyyəti, xüsusilə doktorant və tələbələr arasında dərin məmnunluqla qarşılanıb. Biz doktorant və tələbələrin bir neçəsi ilə görüşərək onların arzu və rəylərini qələmə aldıq. 
Gülər Həsənova, Bakı Dövlət Universitenin doktorantı:
– Mən Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tətbiqi Riyaziyyat İnstitutunun doktorantıyam. Burada sistemli analiz və idarəetmə ixtisası üzrə təhsil alıram. 
Təqaüdlərinin artırılması barədə sərəncamla tanış oldum. Hesab edirəm ki, bu vacib sənəd möhtərəm Prezidentimiz İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük diqqət və qayğının növbəti təzahürüdür. 
Bəli, müstəqil Azərbaycan dövləti, şəxsən cənab İlham Əliyev ölkəmizdə elmin, təhsilin inkişafına daim qayğı göstərir. Düşünürəm ki, biz gənc alimlər də bu qayğıya elmin zirvələrini fəth etməklə cavab verməyə borcluyuq. 
Rəşad Rüstəmov, Sumqayıt Dövlət Universitetinin I kurs tələbəsi:
– Mən SDU-nun tarix fakültəsinin birinci kurs tələbəsiyəm. Valideynlərim Ağdam rayonunda cəbhə xəttinin yaxınlığında yaşayırlar. Anam evdar qadındır. Atamın isə qazancı o qədər də çox deyil. Möhtərəm Prezidentimizin sərəncamı ilə təqaüdümün artırılması, təbii ki, ailə büdcəmizə xeyli köməkdir. 
Bu xəbər valideynlərimin də sevincinə səbəb olub. Onlar dünən zəng vurub məni təbrik etdilər. Atam da, anam da dövlətimizin başçısına dua edirdilər. Mən isə öz növbəmdə çalışacağam ki, təhsil aldığım ali məktəbdə akademik göstəricilərimi daha da yaxşılaşdırım, qarşıdakı semestrlərdə ən yüksək təqaüd alım. 
Aydan Abdullayeva, Bakı Dövlət Universitetinin I kurs tələbəsi: 
– Mən ötən il 677 bal toplayaraq 
BDU-nun hüquq fakültəsinin əyani şöbəsinə ödənişsiz əsaslarla qəbul olunmuşam. Ölkəmizin ən qocaman təhsil ocağında təhsil almağımdan dərin qürur hissi keçirirəm. 
Eşitmişdim ki, hüquq fakültəsinin müəllimləri çox bilikli və tələbkardırlar. Həqiqətən, pedaqoqlarımız həm də çox ədalətlidirlər. Birinci semestr üzrə akademik göstəricilərim kifayət qədər yaxşıdır. Bu, o deməkdir ki, hörmətli Prezidentimizin biz tələbələrə əməli qayğısı sayəsində mən artıq daha yüksək təqaüd alacağam. 
Bu diqqət və qayğıya görə dövlətimə, əziz Prezidentimə son dərəcə minnətdaram. Çalışacağam ki, qarşıdakı və sonrakı semestrlərdə daha yüksək nəticələrə nail olum. 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

16 2019 00:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə