Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax: Pulsuz tibbi müayinə əhali tərəfindən razılıqla qarşılanır

Qazax: Pulsuz tibbi müayinə əhali tərəfindən razılıqla qarşılanır

Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı ölkə Prezidentinin tapşırığına əsasən, hər il olduğu kimi, bu il də fevralın 12-dən etibarən həmin aksiyanın yüksək səviyyədə təşkili üçün Qazax rayonunda geniş tədbirlər planı hazırlanıb. 
Səhiyyə Nazirliyinin müvafiq sərəncamına əsasən 3 ay davam edəcək aksiya Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında həyata keçirilir.
Aksiyanın keçirilməsində əsas məqsəd vətəndaşlarda yaranmış xəstəliklərin erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin tibbi yardımların, profilaktik tədbirlərin görülməsidir. Eyni zamanda, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalarını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etməkdir.   
Artıq bu gündən tibbi müayinəyə start verilib. Aksiyanın həyata keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzində və şəhər poliklinikasında müayinəni bütün rayon ərazisində yüksək səviyyədə təşkil etmək üçün hər cür şərait yaradılıb.
İnsanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiya ölkənin hər yerində olduğu kimi, Qazax rayonunda da sakinlər tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, həm Səhiyyə Nazirliyi, həm də Qazax Rayon İcra Hakimiyyəti bu vacib tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirləri görüblər.

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

16 2019 00:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin