Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN  RESPUBLİKASI NAZİRLƏR  KABİNETİNİN  QƏRARI
№ 52 Bakı şəhəri, 14 fevral 2019-cu il
 
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilsin (əlavə olunur).
 
 
Novruz MƏMMƏDOV
 Azərbaycan Respublikasının Baş naziri
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 14 fevral

tarixli 52 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Nəzarət-kassa aparatlarının tətbiqi

 

QRAFİKİ

 
 

Mərhələlər

Təsərrüfat subyektlərinin (obyektlərinin)

təsnifatı

Bakı şəhəri

Gəncə şəhəri

Sumqayıt şəhəri

Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad, Naftalan, şəhər və rayonları (kənd və qəsəbələr istisna olmaqla)

Digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla)

Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri

 

1

2

3

4

5

6

7

8

 

I mərhələ               2019-cu il              1 iyul tarixədək

iri ticarət mərkəzləri (“Mall” tipli)

2019-cu il                1 iyul tarixədək

2019-cu il         1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il                      1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 

şəbəkə sistemli marketlər

2019-cu il               1 iyul tarixədək

2019-cu il  1 iyul tarixədək

2019-cu il  1 iyul tarixədək

2019-cu il                      1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 

yanacaqdoldurma məntəqələri

2019-cu il                1 iyul tarixədək

2019-cu il   1 iyul tarixədək

2019-cu il  1 iyul tarixədək

2019-cu il              1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 

II mərhələ            2019-cu il              1 oktyabr tarixədək

Ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri

2019-cu il                 1 iyul tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il                      1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 

şadlıq evləri

2019-cu il                   1 iyul tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il                     1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 

mebel satışı üzrə ixtisaslaşmış müəssisələr

2019-cu il                    1 oktyabr tarixədək

2019-cu il        1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il                  1 oktyabr tarixədək

2019-cu il  1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək

 
 
 

 

1

2

3

4

5

6

7

8

III mərhələ 2020-ci il                     1 yanvar tarixədək

Əlavə Dəyər Vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri)

2020-ci il                   1 yanvar tarixədək

2020-ci il            1 yanvar tarixədək

2020-ci il             1 yanvar tarixədək

2020-ci il                        1 yanvar tarixədək

2020-ci il              1 yanvar tarixədək

2020-ci il 1 yanvar tarixədək

IV mərhələ 2022-ci il                      31 dekabr tarixədək

digər  pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri)

2021-ci il                  1 aprel tarixədək

2021-ci il             1 aprel tarixədək

2021-ci il               1 aprel tarixədək

2021-ci il                        1 oktyabr tarixədək

2021-ci il 31 dekabr tarixədək

2022-ci il 31 dekabr tarixədək

 

 

Qeyd.

1. Bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

2. Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq, quraşdırılacaq nəzarət-kassa aparatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə