Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçiriləcəkdir.
Lot-1. Beyləqan rayonunun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün layihə-smeta sənədlərinin ­hazırlanmasının satınalınması.
Lot-2. Təhsil müəssisələrinin ­qazlaşdırılmasının satınalınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. 
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
 -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, iddiaçıların ixtisas göstəriciləri, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 250 (iki yüz əlli) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-Sirac Əliyevdən, telefon-(+99412) 465 73 48 (daxili 110) ala bilərlər: 
Təşkilat- Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 
Bankın adı – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı
Kod- 805603
VÖEN- 9900001881
M/h- AZ03NABZ 01350100000000002944
S.W.I.F.T.İBAZАZ 2Х
H/h- AZ88IBAZ 38030019441856517211
VÖEN-1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olunmuş qaydada) təqdim etməlidirlər:
- tenderdə iştirak üçün yazılı müraciət; 
- iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
- tender təklifinin 1-ci əlavəsi kimi tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- iddiaçılar haqqında tələb olunan sənədlər; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- analoji işlərdə təcrübəsi, maliyyə, texniki və kadr imkanları barədə rəsmi məlumatlar.
İddiaçılar 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 1 aprel 2019-cu il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 aprel 2019-cu il saat 17.00-а qədər yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 9 aprel 2019-cu il saat 15.00-da Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

16 2019 03:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 May 2019 | 10:14
B İ L D İ R İ Ş
26 May 2019 | 10:13
B İ L D İ R İ Ş
26 May 2019 | 10:13
B İ L D İ R İ Ş
26 May 2019 | 10:12
B İ L D İ R İ Ş
26 May 2019 | 10:11
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə