Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzGerneft” MMC AÇIQ TENDER ELAN EDİR

“AzGerneft” MMC  AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-1.” AzGerneft”MMC tərəfindən nasos- kompressor borularının satınalınması.
1. Ø 73 mm x 5.5 (“E” qrup)– 830.0 ton.
2. Ø 114mm x 7.0 (“E” qrup)- 120.0 ton.
 Lot-2. ” AzGerneft” MMC tərəfindən dərinlik nasos ştanqlarının (protektorla) satınalınması.
1.Ø19 mm – 3000 ədəd.
2. Ø22 mm – 3000 ədəd.
Lot-3.” AzGerneft” MMC tərəfindən “VP-305 16/70”markalı kompressor maşınının satınalınması.
1.”VP-305 16/70”markalı 4 ədəd kompressor maşınının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz təkliflərini möhürlənmiş, imzalanmiş ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Lot-1 üçün 500 (beş yüz) manat ,Lot-2 üçün 400 (dörd yüz) manat və Lot-3 üçün isə 300 (üç yüz) manat iştirak haqqını “AzGerneft” MMC-nin hesablaşma hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.
Bankın adı və rekvizitləri:
“AzGerneft” MMC, 
Yerləşdiyi ünvan- AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 .
Telefonlar- 451-36-04 və 451-36-05.
Faks - 451-34-90.
Email ünvanı – [email protected]
VÖEN-9900047091
Bankın adı- ARBB –nin Sabunçu filiali
VÖEN- 9900001881
H/h-AZ67IBAZ 40010019449957001212
M/h-AZ03NABZ 01350100000000002944 Kod- 805573
SWIFT BIK IBAZAZ2X
İştirak haqqı heç bir halda geri ­gaytarılmır.
 İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7, əlaqələndirici şəxs- Amal Şirinova,telefon- 511-31-08 , elektron poçt ünvanı- [email protected] ünvanından ala bilərlər.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında (müvafiq orqanlardan arayış);
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notariusdan təsdiq edilmiş surəti);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakçılarından tələb olunan sənədlər 4 aprel 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 aprel 2019-cu il saat 11.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 nömrəli ünvana təqdim edilməlidir.
 Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.
Tender zərflərin açılışı proseduru lot-15 aprel 2019-cu il saat 11.30-da, Lot-2 -saat 12.30-da, Lot -3 isə saat 14.00-da
AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi Əmir Bağırov küçəsi 7 nömrəli ünvanda “AzGerneft”MMC-nin iclas zalında keçiriləcəkdir.

Tender komissiyası

16 2019 03:51 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin