Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs dəniz buylarının alınması və onların quraşdırılmasının satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs dəniz buylarının alınması və onların quraşdırılmasının satınalınması üçün  AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Dəniz buylarının alınması və onların quraşdırılmasının satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş və imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 500 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 199C nömrəli (AFEN Plaza) ünvandan ala bilərlər.
Təşkilat- Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxs 
VÖEN- 1701638971
Bank- ABB-nin Nərimanov filialı
Ünvan- Bakı şəhəri, H.Əliyev küçəsi 94
Kod- 805540
VÖEN (bank)- 9900001881
SWIFT- İBAZAZ2X
M/h- AZ03NABZ01350100000000002944
H/h- AZ33İBAZ38060019445719805206
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 4 aprel 2019-cu il saat 15.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 15 aprel 2019- cu il saat 15.00-dək Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi publik hüquqi şəxsə (ünvan- AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 199C nömrəli (AFEN Plaza) ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Təklif zərfləri 16 aprel 2019 -cu il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs- Əmrah Abbasov, telefon- 012-564-34-46.
Faks: 012-564-49-18.
E-mail: [email protected]
 Ünvan- AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 199C (AFEN Plaza).

Tender komissiyası

16 2019 03:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:05
B İ L D İ R İ Ş
21 May 2019 | 03:04
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə