Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ Daxili Qoşunların Baş İdarəsi 2019-cu il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, fərqlənmə və fərqləndirmə nişanlarının satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ Daxili Qoşunların Baş İdarəsi 2019-cu il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, fərqlənmə və fərqləndirmə nişanlarının satınalınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Uzunboğaz botinkaların və uzunboğaz rezin çəkmələrin satınalınması.
Lot-2. Fərqlənmə və fərqləndirmə nişanlarının ­satınalınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış ikiqat zərflərdə yazılı şəkildə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində əşya əmlakının keyfiyyəti və yerli istehsal olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını Daxili Qoşunların Baş İdarəsinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı Lot-1 – 700 manat və Lot-2 – 200 manatdır.
B1. Benefisiar (alan) bank
Adı – Dövlət Xəzinədarlığı Agentliyi
Kod – 210005
VÖEN – 1401555071
m/h – AZ41NABZ01360100000000003944
SWIFT BIK CTREAZ22
B2. Vəsaiti alan müştəri 
(benefisiar)
Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi
h/h – AZ44CTRE 00000000000002458570
VÖEN – 1500426471
D3. Büdcə təsnifatının kodu – 142340
D4. Büdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün ərizə (ərizədə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənmiş və imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti ;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti).
- dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada 2019-cu ildə təsdiq olunmuş surəti;
- son iki ildə malların təchizatı sahəsində fəaliyyəti, maddi-texniki və kadr potensialı barədə ətraflı məlumat (analoji işlərdə təcrübəsi, iddiaçının potensial texniki və kadr imkanları haqqında rəsmi məlumat);
- müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakçıları iştirak etdikləri lotlar üzrə 6 mart 2019-cu il saat 12.00-a qədər, texniki xüsusiyyətlərin tələblərinə uyğun hazırlanmış hər bir maldan nümunə, həmin malların uyğunluq sertifikatlarının notariusdan təsdiq edilmiş surətini Daxili Qoşunların Baş İdarəsinə (Bakı şəhəri, Q. Musabəyov küçəsi 4) təqdim etməlidirlər. Müayinələrin nəticəsi haqqında həmin mallar üzrə tender təkliflərinə dair zərflərin açılışından sonra məlumat veriləcəkdir.
Tender iştirakçılarından tələb olunan sənədlər 6 mart 2019-cu il saat 12.00-a qədər bir nüsxədə, tender təklifi isə 18 mart 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) Daxili Qoşunların Baş İdarəsində əlaqələndirici şəxslərə təqdim edilməlidir.
Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri və sənədlər qəbul olunmayacaqdır.
Sənədlərin qəbulu - hər gün saat 11.00-dan 13.00-a qədər və 16.00-dan 18.00-a qədərdir.
Tender zərflərinin açılışı proseduru 19 mart 2019-cu il saat 16.00-da Daxili Qoşunların Baş İdarəsində (Bakı şəhəri, Q.Musabəyov küçəsi 4-də) keçiriləcəkdir.
İclasda iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
İddiaçılar əlavə məlumatı aşağıdakı ünvandan ala bilərlər:
Ünvan – Bakı şəhəri, Q.Musabəyov küçəsi 4.
Telefon – 569-95-10, əlaqələndirici şəxs – E.Əliyev.

 

DAXİLİ QOŞUNLARIN TENDER KOMİSSİYASI

16 2019 03:44 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2019 | 02:18
MƏTANƏT A
20 Mart 2019 | 02:17
AVROMED
20 Mart 2019 | 02:12
Kapital Bank
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş
20 Mart 2019 | 02:11
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin