Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə görüş keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 130 sahibkarın iştirak etdiyi görüşdə nazirliyin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin  inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, sahibkarların problemləri dinlənilib, onların həlli yolları müzakirə edilib. Görüşdə, həmçinin nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı sahibkarlar təlimatlandırılıb, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.  

Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

15 2019 18:07 - EKOLOGİYA
EKOLOGİYA
16 Mart 2019 | 17:47
Xəbərdarlıq
15 Mart 2019 | 13:05
Yaz ağac əkini davam edir
14 Mart 2019 | 11:20
Görüş keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin