Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş nazir parlamentdə “Breksit”lə bağlı daha bir məğlubiyyətlə üzləşib

Baş nazir parlamentdə “Breksit”lə bağlı daha bir məğlubiyyətlə üzləşib

“Euronews” agentliyinin yaydığı məlumat agörə, Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkə parlamentində “Breksit”lə bağlı daha bir məğlubiyyətlə üzləşib.

Parlamentin İcmalar Palatasının 303 üzvü hökumətin danışıqlar aparmaq strategiyasını təsdiqləyən qanun layihəsinin əleyhinə, 258 üzvü lehinə səs verib. Səsvermənin hüquqi qüvvəsi olmasa da, “Breksit”lə bağlı sərt siyasətin tərəfdarları layinəni dəstəkləməkdən imtina ediblər. Bu isə, Baş nazir Tereza Meyin “Breksit” razılaşmasının parlamentdə qəbuluna nail olacağına ümidləri azaldıb. Qeyd edək ki, Britaniya Avropa İttifaqını rəsmi olaraq martın 29-da, danışıqlar üçün ayrılmış 2 illik vaxt başa çatanda tərk etməlidir. Hökumət başçısının Avropa İttifaqı ilə bağlı strategiyasına dair növbəti səsvermə parlamentdə fevralın 27-də keçiriləcək.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2019 18:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə