Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident Donald Tramp fövqəladə vəziyyət elan edəcəyini bəyan edib

Prezident Donald Tramp fövqəladə vəziyyət elan edəcəyini bəyan edib

“Fox News”un yaydığı məlumata görə, uzun sürən müzakirələrdən sonra ABŞ Konqresində respublikaçılarla demokratlar arasında razılıq əldə edilib.

Senat büdcə layihəsini səs çoxluğu ilə qəbul edib. Bu qərar dövlət qurumlarının fəaliyyətinin yenidən dayandırılmasının qarşısını alıb. Lakin Prezident D.Tramp Meksika ilə sərhəddə divar inşası üçün 6 milyard dollar istəsə də, Senat cəmi 1,4 milyard dollar vəsait ayırıb. Artıq dövlət başçısı da məsələyə münasibət bildirib. O, yeni qanunu imzalayacağını, lakin yetərli vəsait ayrılması üçün fövqəladə vəziyyət elan edəcəyini deyib. Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, sərhəddəki böhrana son qoymaq üçün prezident xüsusi qərarla fövqəladə vəziyyət elan edəcək.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2019 17:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə