Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal istiləşmə ilə mübarizədə yeni metod

Qlobal istiləşmə ilə mübarizədə yeni metod

Alimlər qlobal istiləşmə ilə mübarizədə yeni metoddan istifadə edəcəklər. Bildirilir ki, istiləşmə ilə mübarizədə süni yarpaqlardan istifadə ediləcək. Alimlər bildirirlər ki, süni yarpaqlar fotosintez prosesini təqlid edir, amma bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə edilir. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.

“Naukatv” saytının məlumatına görə, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir. Kapsulun daxilindəki süni fotosintez bloku karbon dioksidi monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.
 
Hesablamalara görə, uzunluğu 1,7 metr, eni 0,2 metr təşkil edən 360 yarpaq gün ərzində təxminən yarım ton karbon oksidi istehsal edəcək.
 

Elçin ABBASOV,
“Xalq qəzeti”

15 2019 17:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə