Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadə – 150

Böyük Mirzə Cəlilin əsərləri özbək dilində nəşr edilmişdir

Cəlil Məmmədquluzadə – 150

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli dünyanın müxtəlif ölkələrində böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin əsərlərini xarici dillərdə kitab halında nəşr etmək missiyasını uğurla davam etdirir. AMEA-nın Rəyasət Heyətindən aldığımız məlumatda bildirilir ki, akademikin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının  növbəti kitabı bugünlərdə Özbəkistanda çapdan çıxmışdır.

Kitab Daşkənd şəhərindəki “Mümtaz söz” nəşriyyatında “Poçt qutusu” adı ilə nəşr edilmişdir. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı və Cəlil Məmmədquluzadə haqqında bir neçə söz” adlı giriş sözündə əvvəlcə Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi, görkəmli yaradıcıları və böyük ənənələrinə dair zəruri elmi məlumat özbək oxucularına çatdırılmışdır.

“Poçt qutusu” kitabını nəşrin məsul redaktoru, tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor Həmidulla Boltaboyev çapa hazırlamışdır. Kitab onun “Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” adlı son sözü ilə tamamlanır. Nəşrin redaktoru Azərbaycan ədəbiyyatı nümunələrinin Özbəkistanda fəal yayıcısı, AZƏRTAC-ın Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbiri, tanınmış publisist Qulu Kəngərlidir.

 

Tahir AYDINOĞLU,
Xalq qəzeti”

15 2019 16:49 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə