Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Azərbaycan və Dağıstan arasında qatarların keçidi sadələşdirilə bilər

Dağıstanda Yaraq-Qazmalar məntəqəsindən dəmiryol nəqliyyatının keçidi sadələşdirilə bilər.

Bunu Soçidə investisiya forumunda Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. O bildirib ki, bu il həmin buraxılış məntəqəsinin inkişafına maliyyə vəsaiti ayrılıb və görüləcək işlər sayəsində Yaraq Qazmalar məntəqəsinin buraxılış qabiliyyəti artacaq, sərnişinlərin və sərnişin nəqliyyatının keçidi sadələşdiriləcək.

Hazırda qatarların hərəkəti zamanı sərhəd keçidinin daha tez rəsmiləşdirilməsi barədə danışıqlar aparılması planlaşdırılır.

O.Ruhullayevanın sözlərinə görə, Rusiya və Azərbaycan arasında sadələşdirilmiş sərhəd keçidi rejimi beynəlxalq turizm marşrutunun yaradılmasına imkan verəcək və bu da tez bir zamanda iki ölkə arasında turist mübadiləsini stimullaşdıracaq.

“Xalq qəzeti”

15 2019 16:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin