Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kürdəmirdə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Kürdəmirdə heyvanlar arasında profilaktik peyvəndləmə tədbirləri aparılır

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Kürdəmir rayonunda da kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, Kürdəmir Rayon Baytarlıq İdarəsi tərəfindən təsərrüfatlarda cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında saxlanılan iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlarda  xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və ərazidə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin iribuynuzlu heyvanlardan  müayinə məqsədilə qan nümunəsi götürülüb.

Tədbirlər çərçivəsində baytar mütəxəssisləri həm də maariflənmə işi apararaq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verir, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Kürdəmir rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiros, quşlarda nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 13:34 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə