Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də mətbuat konfransı keçirilib

ƏƏSMN-də mətbuat konfransı keçirilib

Mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial sahədə apardığı islahatların uğurlu nəticələrindən bəhs edən S.Babayev bildirib ki, ümumən son 15 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, eləcə də minimum əmək haqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli sərəncam cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Müvafiq Sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Yanvar və fevral ayı üzrə bu artımla bağlı əlavə olaraq 15 milyon manat vəsait yönəldilib.

Nazir vurğulayıb ki, dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.

Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını (o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) və s. artım özünü göstərəcək. Artımın edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı (mart-dekabr) üzrə 41 mln. manat, illik isə 49 mln. manat əlavə vəsait yönəldiləcək. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür.

Konfransın sonunda nazir jurnalistlərin suallarını cavablandırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 2019 13:10 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə