Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məhərrəm Quliyev: Ağstafanın belə gözəl olmasına görə cənab Prezidentimizə minnətdarıq

Məhərrəm Quliyev: Ağstafanın belə gözəl olmasına görə cənab Prezidentimizə minnətdarıq

Ağstafa rayon Mədəniyyət Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri görüş olmuşdur. Hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə Ağstafa şəhər İƏD üzrə nümayəndəsi Etibar Hacıyev şəhərdə görülən işlər haqqında ətraflı məlumat verdi. Şəhərin sosial infrastrukturunun işlək vəziyyətdə saxlanması, nəqliyyat, xidmət və ticarət sahələrində işin düzgün qurulması, qanunçuluğun gözlənilməsi istiqamətində həyata keçirilən tədbirlərin diqqət mərkəzində saxlanıldığını bildirdi.     

Görüşdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağstafa şəhərinə göstərilən diqqət və qayğıdan danışdı. Gələcəkdə şəhərin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görüləcək işləri qeyd etdi. Dedi ki, bu gün nəinki Ağstafa şəhərinin, bütövlükdə rayonun belə gözəl olması cənab Prezidentimiz İlham Əliyevin birbaşa diqqəti, qayğısı və köməyinin nəticəsidir. Rayon rəhbəri qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına əsasən şəhərin ərazisində yeni asfalt örtüyü ilə bağlı layihələr həyata keçirilir. Bildirildi ki, yola salınan ildə Ağstafa doğum şöbəsinin əsaslı təmiri və 2 saylı körpələr evi - uşaq bağçasının təmiri işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bir sıra binaların həyətlərinə asfalt örtüyü çəkilmişdir. Eyni zamanda şəhər ərazisində yeni işıqlandırma sistemi quraşdırılmışdır.

2018-ci ildə şəhərin ayrı - ayrı küçələrində keçirilən görüşlərdə sakinlər kommunikasiya xətlərinin nizama salınması, küçələrin təmiri məsələlər qaldırılıb və həlli istiqamətində addımlar atılmış, müvafiq tədbirlər görülmüşdür.

Görüşdə Ağstafa şəhər ictimaiyyəti nümayəndələri adından çıxış edən Abid Nağıyev, Kəmalə Zamanova, Nəsib Vəliyev və başqaları 2018-ci il ərzində şəhərdə həyata keçirilən təmir-tikinti, abadlıq-quruculuq işlərini yüksək qiymətləndirdilər.

Bütövlükdə Ağstafada  görülən işlərə görə rayon sakinləri adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

15 2019 13:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə