Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Umud Mirzəyev: Dövlət başçısınının müsahibəsi mediaya verilən önəm və dəstək mesajı idi

Umud Mirzəyev: Dövlət başçısınının müsahibəsi mediaya verilən önəm və dəstək mesajı idi

Azərbaycan Prezidenti İlham Əliyevin Real televiziyasına müsahibəsi və qeyd etdiyi fikirlər cəmiyyətimizdə böyük maraqla qarşılandı. Şəxsən özüm də müsahibəni diqqətlə izlədim və bütün sahələri əhatə edən, kifayət qədər əhatəli, məzmunlu bir dialoqun şahidi oldum.

--Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bildirib:

O deyib ki, Mətbuat Şurası vasitəsilə Azərbaycan Prezidenti hər il jurnalistlərlə görüşür, media nümayəndələrinin maddi rifah halının yaxşılaşdırılması üçün önəmli addımlar atır. Dövlət başçısı jurnalistləri özünün köməkçiləri adlandırır. Bu isə KİV-in, medianın Azərbaycan dövləti və cəmiyyəti arasında körpü rolunu oynamasını təmin edir. Cənab Prezidentin bütün  sahələrin durumu ilə maraqlanması, dəstəyini ifadə etməsini, dövlət başçısı kimi fəaliyyətini, verdiyi qərarlarını jurnalistlər  çox fəal olaraq, həm Azərbaycan mediasında, həm də xarici mediada yayımlanmasına çalışırlar. RealTV-yə müsahibə də bu qəbildən həm Prezidentin fəaliyyətinə medianın verdiyi önəm, həm də dövlət başçısının jurnalistlərə, KİV mənsublarına dəstəyinin, verdiyi əhəmiyyətin təzahürüdür.

BAMF rəhbəri qeyd edib ki, dövlət başçısının hər bir cümləsi cəmiyyətimiz üçün maraqlıdır. Məlumdur ki, son seçkilərdə də İlham Əliyev böyük səs çoxluğu ilə Prezident seçilmişdir. Keçirilən islahatlar,  insanların sosial-rifahının yaxşılaşdırlması, regionların inkişafı üçün atılan mütərəqqi addımları, anbaan baş verən prosesləri vətəndaşların diqqətinə çatdırmaq medianın vəzifəsidir. Əminəm ki, Azərbaycan mediası bu gün bu işin öhdəsindən layiqincə gəlməkdədir.

U.Mirzəyev sonda bildirib ki, dövlət başçısının niyə məhz Real-TV-yə müsahibə verməsinin özü də aktual məsələdir. Bu müsahibənin əsasən sosial şəbəkələr və sputnik vasitəsilə izlənilən bir televiziya qurumuna verilməsi bir daha onu göstərdi ki, dövlət başçısı mediaya, xüsusi ilə də yeni yaradılan, gənc qurumlara əhəmiyyət verir. Bu da azad media institutlarına dəstəyin bir forması, bir modeli hesab olunmalıdır.

 

Anar TURAN,
 “Xalq qəzeti”

15 2019 12:28 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə