Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

Bakının elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal artıb

Paytaxtın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabatda deyilir  ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda ötən il 576 milyon manatlıq istehsal edilib və xidmətlər göstərilib. Əvvəlki illə müqayisədə istehsalın həcmi 0,6 faiz artıb. İl ərzində sənaye məhsulunun 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal edilib.

2018-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 232 milyon manat təşkil edib. Sənaye məhsulunun 0,5 faizi isə bu sektorda istehsal olunub.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

15 2019 11:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə