Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir: Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır

Nazir: Sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır

Azərbaycanda sosial müavinətin unifikasiyası ilə bağlı kompleks yanaşma hazırlanır.

Bunu mətbuat konfransı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, sosial müavinətlərin növü çox olduğundan onların unifikasiyasına ehtiyac yaranıb: "Hazırda təxminən 80 sosial müavinət növü var və bu kifayət qədər böyük göstəricidir. Bununla, onlardan bəzilərinin verilmə müddətləri artıq bitib, buna görə də, bu məsələdə kompleks və savadlı yanaşma lazımdır, nəzərə almaq lazımdır ki, vətəndaşların müəyyən kateqoriyası bu prosesdən kənarda qalıb".

Nazir bu məsələdə konseptual yanaşmanın vacibliyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda 500 min vətəndaş sosial yardım alır: "Hazırda biz beynəlxalq ekspertlər, Asiya İnkişaf Bankı və Dünya Bankının nümayəndələri ilə çox fəal iş aparırıq, prinsipial əhəmiyyət daşıyan bütün məsələlərə aydınlıq gətiriləndən sonra yekun sənədin qəbulunu planlaşdırırıq".

S.Babayev həmçinin qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısının fərmanları çərçivəsində sosial müavinətlərin məbləğinin artırılması mexanizmi üzərində işləyir.

 

“Xalq qəzeti”

15 2019 10:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə