Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ “KOB Dostu” sahibkarların xidmətində

Qəbələ “KOB Dostu” sahibkarların xidmətində

Qəbələdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) fəaliyyətə başlayıb. Qeyd edək ki, bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Qəbələ rayonu ilə yanaşı, ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.

Bununla bağlı Qəbələdəki Konqres Mərkəzində təşkil olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi xidmətlər, eləcə də agentliyin mikro, kiçik və orta biznesə mühüm dəstək mexanizmlərindən olan “KOB Dostu” barədə məlumat verib. Vurğulanıb ki, Qəbələ “KOB Dostu” ilə birlikdə hazırda Agentliyin ölkənin 9 şəhər və rayonunda 12 “KOB Dostu” fəaliyyət göstərir.

“KOB Dostu” fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

13 2019 16:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə