Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xaricdə oturub mənim Prezidentimə şər-böhtan yağdıranların hamısı birlikdə onun kəsilib atılan dırnağı belə ola bilməz!”

“Xaricdə oturub mənim Prezidentimə şər-böhtan yağdıranların hamısı birlikdə onun kəsilib atılan dırnağı belə ola bilməz!”

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov həm də fəal Facebook istifadəçisidir və özünün maraqlı şərhləri ilə yadda qalır.Növbəti şərhi də diqqətimizi cəlb etdiyindən onu olduğu kimi dərc edirik:

Mənim Prezidentim!

Mənim Prezidentim qüdrətlidir, çünki O, gücünü xalqdan alır. Mənim Prezidentim dünyanın ən güclü siyasi liderlərindən biridir və məhz bu siyasət nəticəsində Azərbaycan dünyanın ən stabil ölkələri sırasındadır, Mənim Prezidentim müasirdir, dünyanın ən mükəmməl layihələrini ölkəmizdə həyata keçirməyə çalışır. Mənim Prezidentim ölkə gəncliyi ilə nəfəs alır və daim bəyan edir ki, bu gənclik bizim ölkənin gələcəyidir. Mənim Prezidentim islahatçıdır və buna görə də ən müxtəlif sahələrlə yanaşı aqrar sahədə də böyük islahatlar aparır. Mənim Prezidentim bütün sahələrdə irəlidə olmağımıza dəstək verir və məhz bunun sayəsində Azərbaycan Ordusunun hərbi qüdrəti yüksəlir, dünyanın ən güclü orduları sırasında adı çəkilir. Mənim Prezidentim bütün qeyd etdiyim və qeyd edə bilmədiyim məsələlərə görə “BÖYÜK LİDER” şərəfini ugurla daşıyır.

Bu gün Avropanin bir çox ölkələrində yaşayan və öz ölkələrinə böhtan yağdiranların hamısı bır yerdə mənim Prezidentimin kəsilib atılan dırnağı belə ola bilməz. Ona görə milyonlarla azərbaycan insanı hər gün üzü qibləyə Ona dua edərək deyir: Min yaşa, möhtərəm cənab Prezident!”

Professor İbrahim Cəfərovun bu gün paylaşdığı fikirlər onun bir ziyalı, bir vətəndaş, bir azərbaycanlı kimi öz ölkəsinə, öz Prezidentinə, öz xalqına məhəbbətini, inamını göstərir, vətəndaşlıq mövqeyini ortaya qoyur. Çox nümunəvi bir addımdır.

 

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
  

13 2019 15:04 - CƏMİYYƏT
CƏMİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin