Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qovlar şəhərində məktəblilər üçün "Kitab günü" keçirilib

Qovlar şəhərində məktəblilər üçün

Bölgəyə səfəri çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva Qovlar şəhərində məktəblilərin iştirak etdiyi “Kitab günü” adlı tədbir keçirib.  Görüş zamanı məktəblilərə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla bağlı, dünya ədəbiyyatı ilə yanaşı, özünün müəllifi olduğu çoxlu sayda kitablar və jurnallar hədiyyə edib. Q.Paşayeva onları daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə, özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Qovlar şəhər məktəblərinin kitabxanalarına çox sayda  kitab hədiyyə etdiyini deyən deputat uşaqları onlardan istifadə etməyə çağırıb. Dövlət başçımız İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə və gənclərimizin savadlı olmasına verdiyi böyük önəmdən danışan Q.Paşayeva “ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir və hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər”,-- deyib.

Q.Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və suallarını cavablandırıb. Onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”—deyib.

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və şairə Çığatel İsaqızı çıxış edərək uşaqlara daha çox kitab oxumağın, mütaliənin əhəmiyyətini vurğulayıb, onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyiblər. Sonra Çığatel İsaqızı müəllifi olduğu şeirlərini səsləndirib.     

Tədbirdə iştirak edən müəllimlər və digər iştirakçılar uşaqların və gənclərin kitaba meyillənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Təhsildə fərqlənən şagirdlərə deputat Q.Paşayeva və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri A.Bağırova tərəfindən hədiyyələr də təqdim olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə