Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 min nəfərə çatıb

“İşsizin DOSTu” proqramına cəlb edilənlərin sayı 25 min nəfərə çatıb

Dövlət başçısı  İlham Əliyevin  təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramına son günlər daha  2  minədək şəxs cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən rayon (şəhər) məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslər “İşsizin DOSTu” proqramına cəlb edilirlər.

2019-ci ilin əvvəlindən reallaşan proqram çərçivəsində respublikamızın rayon və şəhərləri üzrə 30 minədək  şəxsin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub ki, onlardan artıq 25 min şəxs belə işlərlə təmin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, proqram çərçivəsində ictimai faydalı xarakter daşıyan ödənişli ictimai işlərlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə