Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən ay peşə kurslarını 242 nəfər bitirib

Ötən ay peşə kurslarını 242 nəfər bitirib

2018-ci ilin noyabr--dekabr ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilən 242 nəfər cari ilin yanvar ayı ərzində peşə təlimini uğurla başa çatdırıb. Onlardan 141 nəfəri qadınlardır.

Onlara peşə kurslarını bitirmələri haqqında sertifikatlar təqdim olunub, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Kursları bitirən 242 nəfərdən artıq 50 nəfərinin xidmət tərəfindən işlə təminatı həyata keçirilib.

Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir. Peşə və ixtisası olmayan,  yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər  Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 2019 12:37 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə