Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Yanvar ayında 3,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artmışdır.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, sənaye məhsulunun 72,5 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 26,4 faiz artmışdır.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, mebel istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 2,1 dəfə, kağız və karton istehsalı 75,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 63,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 58,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 56,9 faiz, içkilərin istehsalı 48,9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 37,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 35,4 faiz, elektrik avadanlıqlarının istehsalı 25,9 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 15,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 11,9 faiz, tikinti materiallarının istehsalı 6,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,5 faiz artmış, poliqrafiya məhsullarının istehsalı 0,8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, geyim istehsalı 32,3 faiz, tütün məmulatlarının istehsalı isə 33,5 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,1 faiz artmışdır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

13 2019 12:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə