Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Makedoniyanın adı dəyişdi

Makedoniyanın adı dəyişdi

Makedoniya Respublikasının Şimali Makedoniya Respublikası adlanması barədə Prespan sazişi rəsmi olaraq qüvvəyə minib.Bu barədə Yunanıstanın xarici işlər nazirinin müavini Yorqos Katrunqalos və Şimali Makedoniya Respublikasının xarici işlər naziri Nikola Dimitrov Twitter sosial şəbəkəsində yazıblar.

Konstitusiyaya edilən dörd dəyişiklik parlament tərəfindən qəbul olunub. Bu isə ölkənin adının rəsmi olaraq dəyişməsi deməkdir.

Nikola Dimitrov qeyd edib ki, ölkənin adının dəyişməsi bizim dostluq münasibətlərimizə xələl gətirməməlidir: “Biz keçmişimizi dəyişə bilmərik, lakin dostluğa, tərəfdaşlığa, əməkdaşlığa əsaslanan gələcəyimizi qura bilərik və quracağıq.” 

Makedoniyanın adı Yunanıstanın şimal əyalətinin adı ilə eyni olduğuna görə iki ölkə arasında narazılığa səbəb olurdu və tərəflər keçmiş Yuqoslaviyaya daxil olmuş ölkənin yeni adı ilə bağlı razılığa gələ bilmirdilər.

Xatırladaq ki, Yunanıstan və Makedoniya sonuncunun adı barədə sazişi 2018-ci il iyunun 17-də Prespa gölü sahilində imzalayıblar. Saziş faktiki olaraq, Makedoniyanın NATO və Avropa İttifaqına daxil olmasına imkan verir.

 

“Xalq qəzeti”

13 2019 11:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Oktyabr 2019 | 17:36
Filippində zəlzələ
16 Oktyabr 2019 | 17:24
Braziliyada faciə
16 Oktyabr 2019 | 17:20
Kaliforniyada yanğın
7 Oktyabr 2019 | 16:29
Bağdadda danışıqlar
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə