Ən son xəbərlər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə rəsmilər Suriya, Əfqanıstan və Koreya yarımadası barədə müzakirələr aparıblar.
Tərəflər BMT Təhlükəsizlik Şurasının Suriya məsələsinin həlli ilə bağlı qəbul etdiyi 2254 nömrəli qətnamə barədə ikitrəfli dialoqun davam etdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Lavrov ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyəti ilə bağlı bildirib ki, bu addım münasibətləri daha da gərginləşdirəcək. Rusiyalı nazir ABŞ-ı Venesuelanın daxili işlərinə güc yolu ilə müdaxilədən çəkinməyə çağırıb.
Köhnə versiyamızdan xəbərləri izlə