Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tereza Mey “Brexit”lə bağlı sərfəli razılaşmadan sonra istefaya gedə bilər

Tereza Mey “Brexit”lə bağlı sərfəli razılaşmadan sonra istefaya gedə bilər

Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri hesab edirlər ki, hökumət başçısı Tereza Mey bu yay öz postu ilə vidalaşa bilər. Bu barədə “The Sun”a istinadən TASS məlumat yayıb. 
“Ticarət naziri Liam Foks əmindir ki, Mey yayda istefaya gedəcək, – “The Sun” Mühafizəkarlar Partiyasının adının çəkilməsini istəməyən nümayəndəsinə istinadən bildirib. – Mey arxayın olmaq istəyir ki, ondan sonra baş nazir olacaq adam indiki kursu davam etdirəcək”.
Qəzetin qənaətincə, Mey Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı hazırkı baş nazirin planını tənqid edən Boris Consonun hakimiyyətə gəlməsini istəmir. Ona görə də “Brexit” üzrə ölkəsi üçün sərfəli razılaşma əldə etdikdən sonra istefaya getməyi planlaşdırır. O hesab edir ki, bu addım baş nazir kimi onun mövqelərini möhkəmləndirəcək və Mühafizəkarlar Partiyası nümayəndəsinin baş nazir seçilməsinə təsir göstərəcək.  
Qeyd edək ki, biznes, energetika və sənaye strategiyası üzrə nazir Qreq Klark da Meyin istefaya gedəcəyini istisna etmir. Sabiq xarici işlər naziri Boris Conson isə Meyin Avropa İttifaqından çıxmaqla bağlı planı ilə razılaşmayaraq, keçən ilin iyulunda istefa verib. Britaniya KİV-i və yerli müşahidəçilər onu baş nazir postuna ən real namizəd hesab edirlər. 
“Brexit” bu il martın 29-na nəzərdə tutulur. Əgər Brüssel və London o vaxta qədər ayrılmanın şərtləri barədə razılığa gələ bilməsə, “Brexit”in razılaşmasız baş tutması istisna edilmir. Vəziyyətin bu şəkildə inkişafı Britaniyanın Aİ-nin Gömrük İttifaqında üzvlüyünün dayandırılması demək olacaq və Avropa bazarında bu ölkənin mallarına rüsum tətbiq ediləcək. 
Bu il yanvarın 15-də İcmalar Palatası “Brexit”in şərtləri ilə bağlı baş nazir və Aİ rəhbərliyi arasında imzalanmış razılaşmanı Britaniya tarixində ən böyük səs çoxluğu ilə (230 səs) rədd edib. Yanvarın 21-də isə Mey parlamentə alternativ plan təqdim edib, ancaq burada da Aİ ilə danışıqların dalandan çıxarılması üçün konkret addımlar göstərilməyib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

12 2019 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Avqust 2019 | 16:51
Həftəsonu neftin qiyməti

Köhnə versiyamızdan xəbərləri izlə