Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan “Doing Business” üzrə “ilk iyirmiliyə” daxil olmağa çalışır

Özbəkistan “Doing Business” üzrə “ilk iyirmiliyə” daxil olmağa çalışır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, ölkəsi 2022-ci ilə kimi biznes fəaliyyətinin uğurlu təşkili üzrə dünyanın ən yaxşı 20 dövlətinə çatmağı planlaşdırır. Bu barədə  Daşkənddəki rəsmi mənbələrə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 
Dövlət başçısı müvafiq tədbirlərin həyata keçirilməsi üçün sərəncam imzalayıb. Ölkədə Dünya Bankı və digər nüfuzlu beynəlxalq maliyyə qurumlarının mütəxəssislərinin iştirakı ilə “yol xəritəsi” hazırlanıb. Məqsəd qarşıdakı üç il ərzində Özbəkistanın  “Doing Business” üzrə reytinqini yüksəltməkdir.
Qeyd edək ki, son beş ilin göstəricilərinə görə, Özbəkistan sözügedən reytinq üzrə 146-cı yerdən 76-cı pilləyə yüksəlib. Bununla bərabər, ölkədə sahibkarlar tikinti fəaliyyəti üzrə lisenziyaların alınması, daşınmaz mülkiyyətin qeydiyyatı, xarici ticarətin sərbəst surətdə həyata keçirilməsi və sair sahələrdə hələ də bir çox bürokratik əngəllərlə üzləşirlər.  
Artıq bu il martın 1-dən başlayaraq Özbəkistanda biznes sahəsində bir sıra prosedurlar sadələşdiriləcək. Bir müddət əvvəl ölkə Prezidenti yanında “Layihələrin idarə olunması üzrə milli agentlik” yaradılıb. Həmin qurumun rəhbərliyinə xarici investorların cəlb olunması məqsədilə internetdə “Özbəkistanda biznesin təşkili” veb-saytını yaratmaq tapşırılıb. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

12 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin