Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikaçılarla demokratlar razılığa gəldilər

Respublikaçılarla demokratlar razılığa gəldilər

“Blomberg” agentliyinin yaydığı məlumata görə, ABŞ Konqresində respublikaçılarla demokratlar arasında sərhəd təhlükəsizliyinin maliyyələşməsi məsələsində ilkin razılıq əldə olunub. 
Bildirilir ki, bu, fevralın 15-də dövlət qurumlarının yenidən bağlanmasının qarşısını almağa imkan verə bilər. Respublikaçı senator Riçard Şelbi deyib ki, razılıq bir neçə saat bağlı qapılar arxasında keçirilən görüşdə əldə olunub.
Qeyd edək ki, razılaşmanın təfərrüatları barədə dəqiq məlumat verilmir. Problemin tam həlli üçün Prezident Donald Tramp əldə olunmuş razılığı təsdiqləməlidir. Əks təqdirdə 15 fevral tarixindən etibarən yenidən minlərlə məmur öz hesabına məzuniyyətə göndərilə bilər. 
Məlumat üçün deyək ki, büdcə layihəsi ətrafındakı mübahisəyə Prezident Donald Trampın Meksika ilə sərhəddə səddin inşasına 5,7 milyard dollar ayrılmasını tələb etməsi səbəb olub.
Ötən ilin sonunda Konqresdə respublikaçılarla demokratların razılığa gələ bilməməsi bir sıra dövlət qurumlarının fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi. Bu vəziyyət 35 gün davam etmişdi. Yanvarın 25-də ABŞ Prezidenti Donald Tramp bağlanmış dövlət idarələrini fevralın 15-dək maliyyələşdirməyə imkan verən qanun layihəsini imzalamışdı. Hesablamalara görə, bu vəziyyət ABŞ iqtisadiyyatına 11 milyard dollar ziyan vurub.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

12 2019 23:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Avqust 2019 | 18:02
Hazır farş almayın
24 Avqust 2019 | 18:01
Ən faydalı süd

Köhnə versiyamızdan xəbərləri izlə