Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çempionlar Liqası və Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqası və Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq

Bu axşam keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə UEFA-nın rəsmi saytına istinadla “Futbolhd.ru” məlumat yayıb.

Bildirilir ki, bütün görüşlər argentinalı futbolçu Emiliano Salanın xatirəsinə həsr olunacaq. Həmçinin bildirilir ki, hər bir futbolçu meydana qara lentlə çıxacaq.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçu Fransanın “Nant” klubundan Uelsin “Kardiff Siti” komandasına 21 milyon avro müqabilində transfer olunub. O, yanvarın 21-də yeni klubunun heyətində ilk oyunda iştirak etmək üçün uçarkən Gernsi adası üzərində təyyarə radarlardan itib. Uzun sürən axtarışlardan sonra təyyarənin qalıqları La Manş boğazından tapılıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb. Emiliano Sala Uels təmsilçisinin tarixində ən bahalı transfer olub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

12 2019 17:41 - İDMAN
İDMAN
20 Avqust 2019 | 10:31
Koutinyo “Bavariya”da
17 Avqust 2019 | 22:07
Mert Çetin “Roma”da
16 Avqust 2019 | 12:17
Moreno “Atletiko”ya keçir
9 Avqust 2019 | 10:40
“Real” Neymarla maraqlanır

Köhnə versiyamızdan xəbərləri izlə