Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya nümayəndə heyətinin KXDR-ə səfəri başlayıb

Cənubi Koreya nümayəndə heyətinin KXDR-ə səfəri başlayıb

Cənubi Koreyanın vətəndaş cəmiyyətinin fəallarından ibarət geniş nümayəndə heyətinin Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri başlayıb. Bu barədə “Daily Mail” nəşri məluma yayıb.

Mənbə yazır ki, səfərin məqsədi Şimali Koreyada şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan yeni il şənliklərində iştirak etməkdir. Təxminən 250 nəfərlik nümayəndə heyəti bir neçə avtobusla quru sərhədini keçərək Kımqan dağındakı kurorta yollanıb. Həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının, dini icmaların rəhbərlərindən, habelə jurnalistlərdən ibarət nümayəndə heyəti iki gün ərzində yeni il şənlikləri ilə yanaşı, KXDR-dən olan həmkarları ilə görüşərək birgə layihələri müzakirə edəcək, dini məbədlərə baş çəkəcəklər.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

12 2019 17:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Köhnə versiyamızdan xəbərləri izlə