Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda Ağcabədi məktəbliləri ilə görüş keçirilib

“Xocalı soyqırımı – XX əsrin faciəsi”  mövzusunda  Ağcabədi məktəbliləri ilə görüş keçirilib

Xocalı soyqırımı ilə əlaqədar olaraq Ağcabədi rayonunda yerləşən  Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən  rayonun Ə. Alıyev adına  12 saylı tam orta məktəbində “Xocalı soyqırımı – XX əsrin faciəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mərkəzin əməkdaşları Fariz Bünyatov və Nurlan Piriyev məktəblilərə Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan +hərbi birləşmələrinin Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri olub. Çünki Xocalıda baş verən faciə təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında 613 nəfər insan həlak olub, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir götürülüb.

Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət!" beynəlxalq kampaniyası bu istiqamətdə çox uğurlu iş aparır və artıq dünyanın əksər ölkələrində Xocalı faciəsi qurbanlarının anım mərasimləri qeyd olunur.

Sonda məktəblilərlə birlikdə Xocalı soyqırımı ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, məruzələr tədris ilinin sonunadək davam edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

12 2019 16:22 - XOCALI
XOCALI

Ən son xəbərləri səhifəmizdən də izləyin