Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil zolağı plastik tullantılardan təmizlənib

Sahil zolağı plastik tullantılardan təmizlənib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

İməcilikdə ETSN-nin əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.

Qeyd edək ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq  ETSN tərəfindən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri davam etdirilir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 2019 16:09 - EKOLOGİYA
EKOLOGİYA
20 Aprel 2019 | 16:52
Bəzi yerlərə qar yağıb
17 Aprel 2019 | 18:08
Dəyirmi masa keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin