Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb

Dünya birjalarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,3 faiz artaraq bir bareli 62,39 dollar olub. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,2  faiz artaraq bir bareli 52,54 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,5 faiz artaraq bir bareli 64,10 dollar olub.

Dünya bazarında “qara qızıl”ın artmağı neft hasil və ixrac edən dövlətlərin milli valyutalarına da müsbət təsir edib. Dollara nisbətdə onlar möhkəmləniblər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

12 2019 16:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
23 Fevral 2019 | 17:02
Neftə tələbat artacaq
23 Fevral 2019 | 15:55
Birjalarda neftin qiyməti
21 Fevral 2019 | 15:13
Neftdən nə xəbər?!

Ən son xəbərləri səhifəmizdən də izləyin