Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İcra hakimiyyətinin başçısı poliklinikaya tibbi müayinədən keçməyə gələnlərdən də tez gəldi...

İcra hakimiyyətinin başçısı poliklinikaya tibbi müayinədən keçməyə gələnlərdən də tez gəldi...

Məlum olduğu kimi ölkə Prezidentinin  tapşırığına əsasən respublikanın hər yerində əhalinin tibbi müayinəsinə başlanılmışdır. Şəmkirdə də bu vacib aksiyanın yüksək səviyyədə və mütəşəkkilliklə keçirilməsi üçün bürün zəruri tədbirlər görülüb. Ayrıca qrafik tərtib olunub, rayon Mərkəzi Xəstəxanası tərəfindən həkim briqadası yaradılıb, yerlərdə geniş izahat-təbliğat işləri aparılıb və sair. Rayon icra hakimiyyəti aksiyanın daha yaxşı təşkil olunması üçün ciddi tədbirlər görüb, lazımi köməklik göstərib.

Maraqlıdır ki, müayinə başlanan ilk gün konsultativ poliklinikaya hamıdan tez gələn də rayon icra hakimiyyətinin başçısı olub.  Alimpaşa Məmmədov əhalinin tibbi müayinədən keçirilməsinin gedişi ilə daha yaxından tanış olmaq istəyib.Rayon rəhbərinə məlumat veriblər ki, rayonda müayinəni Konsultativ Poliklinika şöbəsi, 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanası aparır. Bununla yanaşı həkim olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılıb. Hər briqada terapevt, cərrah, endokrinoloq, stomotoloq və kardioloq həkimlə təmin olunub.

Eyni zamanda Şəmkir rayon Mərkəzi xəstəxanasında ayrıca təşkil edilmiş səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanda həyata keçirir. Baş həkim bildirib ki, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Şəmkir Rayon İcra Hakimiyyəti və “Böyük Yol” Gənclərin İctimai birliyi tərəfindən də əhaliyə kömək etmək, istiqamət vermək üçün könüllülərdən ibarət dəstələr yaradılıb.        

Konsiltativ poliklinkada tibbi müayinənin gedişi ilə tanış olan zaman Alimpaşa Məmmədov könüllülərlə də görüşüb, onlara bu nəcib təşəbbüsə görə minnətdarlığını bildirib.

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıb. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.

Rayonda əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 12-dək davam etdiriləcəkdir.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

12 2019 15:55 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə