Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sakit okeana yeni təyyarədaşıyan gəmi göndəriləcək

Sakit okeana yeni təyyarədaşıyan gəmi göndəriləcək

Kraliça Yelizavetanın adını daşıyan yeni təyyarədaşıyan gəmi Sakit okeana göndəriləcək.  Bunu Böyük Britaniyanın müdafiə naziri Gevin Viliamson deyib. Bu barədə  “Anadolu” agentliyi məlumat yayıb.

Nazir gəmidə Britaniya və ABŞ-ın “F35” təyyarələrinin daşınacağını qeyd edib. Onun sözlərinə görə, bu addım ölkəsinin hərbi gücünü artırmaqla yanaşı, Birləşmiş Krallıqla ABŞ-ın yaxın müttəfiqlər olduğunu bir daha sübut edəcək.

Qeyd edək ki, gəminin 2021-ci ildə Sakit okean sularına daxil olması nəzərdə tutulur.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

12 2019 15:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin