Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1,6 faiz artıb

İqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1,6 faiz artıb

Cari il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 1,6 faiz artaraq 1 milyon 548,9 min nəfər olub. Onlardan 883,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, muzdla işləyənlərin 21,6 faizi təhsil, 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi, müdafiə və sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2018-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 3 faiz artaraq 544,1 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

 

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 13:57 - İQTİSADİYYAT
İQTİSADİYYAT
23 Fevral 2019 | 17:02
Neftə tələbat artacaq
23 Fevral 2019 | 15:55
Birjalarda neftin qiyməti
21 Fevral 2019 | 15:13
Neftdən nə xəbər?!

Ən son xəbərləri səhifəmizdən də izləyin