Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşsizlikdən sığortahaqqının ödənilməsinə nəzarəti Vergilər Nazirliyi həyata keçirəcək

İşsizlikdən sığortahaqqının ödənilməsinə nəzarəti Vergilər Nazirliyi həyata keçirəcək

Məcburi dövlət sosial sığorta münasibətlərinin iştirakçısı olan şəxslərin uçota alınması və onlar tərəfindən məcburi dövlət sosial sığortahaqqı və işsizlikdən sığortahaqqının ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Departament rəhbəri bildirib ki, yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan İnternet Vergi İdarəsinə daxil olaraq elektron qeydiyyat sistemində fin kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və sənədlər bir prosedurla təsdiqlənir, VÖEN-in verilmə prosesi 20 dəqiqə ərzində yekunlaşır: “Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə İnternet Vergi İdarəsində "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı (elektron imza olmadan) təlimatı yerləşdirilib. Bu, vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir”.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 13:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin