Ən son xəbərlər

Son buraxılış
Arxiv

51 dövlət əmlakı özəlləşdirilir

51 dövlət əmlakı özəlləşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 12 mart tarixində hərrac keçiriləcək.

Komitədən verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Bunlardan 16-sı kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 16-sı səhmdar cəmiyyəti, 7-si isə nəqliyyat vasitəsidir.

Bakı şəhəri üzrə özəlləşməyə çıxarılan dövlət əmlaklarından biri ictimai iaşə, digərləri isə ticarət obyektləridir. Dövlət əmlakları arasında ən yüksək ümumi faydalı sahəsi olan ticarət obyekti paytaxtın Suraxanı rayonunda yerləşir. Müxtəlif xidmət sahələri üzrə yüksək potensialı olan dövlət obyekti investor üçün gəlirli biznes sahəsi ola bilər. Bu kateqoriyadan olan əmlaklara Yevlax və Beyləqanda yeməkxana, Cəlilabadda Səyyar Mexanikləşdirilmiş Dəstə və digərləri aiddir.

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrindən 10-u paytaxtda, digərləri isə Daşkəsən və Şirvanda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kvadratmetr ilə 127,4 kvadratmetr intervalında olan obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün geniş seçim imkanları yaradır. Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 127.4 kvadratmetrdir. Bu əmlakdan sərmayəçi xidmət obyekti və ofis kimi istifadə edə bilər.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

12 2019 13:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT
23 Fevral 2019 | 17:02
Neftə tələbat artacaq
23 Fevral 2019 | 15:55
Birjalarda neftin qiyməti
21 Fevral 2019 | 15:13
Neftdən nə xəbər?!

Ən son xəbərləri səhifəmizdən də izləyin