Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb

Q.Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb, onların problemlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib. Sağlamlıq problemi olanları evlərində ziyarət edərək, onların xəstəlikləri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq  Bakıda və ya rayonun mərkəzi xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Q.Paşayeva həmçinin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər deputatla görüş zamanı ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı öz təklif və fikirlərini bildiriblər. Təkliflər əsasında müzakirələr aparıblar.

Vətəndaşları fərdi qaydada dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparan Q.Paşayeva, həmin problemlərin həll edilməsi istiqamətində onlara köməklik göstərilməsinə çalışacağını bildirib. Sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bir çox təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Q.Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bir çoxunu rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib.

Seçiciləri ilə görüşdə deputat Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 12:43 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə