Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaq cərrahiyyəsinə dair elmi-praktiki konfrans keçirilib

Uşaq cərrahiyyəsinə dair elmi-praktiki konfrans keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş uşaq cərrahiyyəsi üzrə elmi-praktiki konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti tərəfindən təşkil olunub.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov konfransı açaraq, tədbirin əhəmiyyətindən danışıb. O qeyd edib ki, uşaq cərrahlığı kafedrası 1938-ci ildə hazırkı ATU-nun tərkibində yaranıb: “Uşaq cərrahlığı kafedrasının təxminən 1 əsrə yaxın yaşı var və bu kafedrada çalışan insanlar, onların yetişdirdiyi mütəxəssislər daimi olaraq Azərbaycan xalqının xidmətində dayanıb. Bu konfransda iştirak edən uşaq cərrahlarının böyük hissəsi də məhz uşaq cərrahlığı kafedrasının yetirmələridir. Bu mütəxəssislər gənc nəslin sağlam böyüməsində öz bilik və bacarıqlarını əsirgəməyiblər”.

Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev uşaq cərrahiyyəsinin çox geniş sahəni əhatə etdiyini bildirib. Onun sözlərinə görə, uşaq cərrahları baş-boyun nahiyyəsi, döş qəfəsi, qarın boşluğu, sidik-cinsiyyət sistemi və hətta neonatal dövrdə cərrahi müdaxilələr icra edən həkimlərdir.

Klinikanın baş həkimi, uşaq cərrahlığı kafedrasının müdiri Ramiz Poluxov konfransın əhəmiyyətindən söz açaraq uşaq cərrahiyyəsi mövzusunda konfransın Azərbaycanda ilk dəfə keçirilməsini müsbət hadisə adlandırıb.

Konfransda, həmçinin uşaq cərrahlığı kafedrasının fəaliyyəti, nəzdindəki əməliyyatlar, aparılan elmi işlər haqqında geniş məlumat verilib. Tanınmış tibb mütəxəssisləri “Uşaqlarda Hirşprunq xəstəliyinin diaqnostika və müalicəsi”, “Uşaqlarda qasıq yırtığının endocərrahi müalicəsi”, “Anadangəlmə əyripəncəliyin müasir müalicə metodları”, “Hamiləlik zamanı ana bətnində aparılan invaziv prosedurlar”, “Koxlear implant əməliyyatından sonra nitqin inkişafı” və s. mövzularda müzakirələr aparıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 12:40 - SƏHİYYƏ
SƏHİYYƏ
24 İyul 2019 | 15:08
Diabet xəstəliyi və soğan

Köhnə versiyamızdan xəbərləri izlə