Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nyu Yorku iki yerə bölmək istəyirlər

Nyu Yorku iki yerə bölmək istəyirlər

Nyu York ştatında bir neçə onillik bundan əvvəl başlanan debatlar yenidən gündəmə gəlib.

Qanunvericilər Nyu Yorkun iki ştata bölünməsinin məqbul olub-olmaması məsələsini müzakirə edirlər. Bu dəfə diskussiyanı Bataviyadan olan respublikaçı Stiv Houli başlayıb.

O, bunula əlaqədar referendum keçirilməsini təklif edib. Onun fikrincə, məhz bu referendum vasitəsi ilə sakinlər “əyalətin” “Böyük Alma”dan ayırılıb-ayrılmaması məsələsini həll edəcəklər. Stiv Houli təklif edir ki, referendum bülleteninə belə bir sual daxil edilsin: “ Nyu-York iki ştata bölünsünmü?”. Seçicilərin bölünməyə tərəfdar olacağı təqdirdə bölgü həyata keçirilə bilər.

Demokratlar partiyasından Şon Rayan respublikaçı Stiv Houlinin təklifini tənqid edərək bildirib ki, bölgü baş verərsə, əyalətin vəziyyəti pisləşər. 

 

“Xalq qəzeti”

12 2019 12:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
13 Fevral 2019 | 11:59
Makedoniyanın adı dəyişdi

Ən son xəbərləri səhifəmizdən də izləyin