Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kliniki Tibbi Mərkəzdə elmi-tibbi konfrans keçirilib

Kliniki Tibbi Mərkəzdə elmi-tibbi konfrans keçirilib

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Kliniki Tibbi Mərkəzdə İdarə heyəti və tibb işçilərinin iştirakı ilə mövsümi qripə həsr olunan elmi-tibbi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan terapiya qəbul şöbəsinin müdiri Məhəbbət Qəmbərova səhiyyə nazirinin 3 oktyabr 2018-ci il tarixli “2018-2019-cu illər payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmrini bir daha tibb işçilərinin nəzərinə çatdırıb.

Daha sonra çıxış edən reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyev və Kliniki Tibbi Mərkəzin I yoluxucu xəstəliklər şöbəsinin həkim-rezidenti Gülnar Axundzadə mövsüm qripi ilə bağlı çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:57 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin