Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bizim tanıdığımız Elmira” Masallıda...

“Bizim tanıdığımız Elmira” Masallıda...

Masallıdakı Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Bizim tanıdığımız Elmira...” ("Elmira-kakoy mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitablarının oxucuları ilə ictimai müzakirə və elmi-praktik konfransı keçirilmişdir. Öncə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları Elsevər və Cəmaləddin Əliyevlərin hazırladıqları video-çarx nümayiş olunub. Video-çarx Milli Məclisin deputatı , “Şöhrət” ordenli, Dövlət Mükafatı laureatı, görkəmli publisist, Xalq yazıçısı, Əməkdar jurnalist titullarını daşıyan Elmira Axundovanın əmək və fəaliyyətinə həsr olunmuşdur.

Konfransı giriş sözü Azərbaycan Yazıçılar Birliyinin üzvü, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, veteran Dövlət qulluqçusu, “Vətənə Xidmətə Görə” III dərəcəli ordenli Ə.Niftiyev açmışdır. O, E.Axundovanın həyat və yaradıcılığından-ərsəyə gətirdiyi kitablardan söz açmışdır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamlayaraq bildirmişdir: “Bu gün “Bizim tanıdığımız Elmira...”, və “Həmkarlarımla üz-üzə” kitabları barədə fikirləmizi bölüşəcəyik. Yazıçılıq sənəti çox çətin sahədir. Dünyada zaman-zaman çox gözəl əsərlər yaranmışdır. Elmira Axundovanın uzun illər yazıb ərsəyə gətirdiyi və ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən “Heydər Əliyev. Şəxsiyyət və zaman” çoxcildli əsəri də bu səpkidəndir və müəllifi "bizim Elmira”dır. Qeyd etmək istərdim ki, tanınmış yazıçı, Azərbaycan Milli Məclisinin deputatı və həmyerlimiz Elmira Axundova bu tarixi romanı yazmaqdan ötrü çoxlu tanınmış insanlarla görüşmüş, müxtəlif şəhərlərdə olmuş, insanları tapmış, onlarla ünsiyyətdə olmuş və çətinliklə böyük bir əsər ərsəyə gətirmişdir. Bu silsilə kitablar əsrlər boyu yaşayacaqdır. “Bizim tanıdığımız Elmira...” ("Elmira-kakoy mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitabları da mən inanıram ki, qədirbilən oxucular tərəfindən rəqbətlə qarşılanacaqdır".

Konfransda Prezident təqaüdçüsü Şirvan Əbilov, Əməkdar İncəsənət Xadimi, "Şöhrət" ordenli yazıçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Natiq Rəsulzadə, "Yeni həyat" qəzetindən Akif Ağayev, rus dili müəllimi Səkinə Əsədova, Boradigah qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurməmməd Ağayev

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova yazıçı Elmira Axundovanın yenicə çapdan çıxmış “Bizim tanıdığımız Elmira...” ("Elmira-kakoy mı yeyo znaem") və “Həmkarlarımla üz-üzə” kitablarına dəyər verərək bildirmişdirlər ki, yeni nəşrlər də gənc və yaşlı nəslin maariflənməsində böyük rolu vardır.

Sonra müəllif  Elmira Axundova əsərlərin yaranması və ərsəyə gəlməsi barədə geniş söhbət açaraq təşkil olunmuş tədbirə görə rayon rəhbərliyinə, şəxsən R.Hüseynova və ziyalılara öz minnətdarlığını bildirmişdir. Müəllif çıxışının sonunda qeyd etmişdir: “Mən ömrümün qalan hissəsində də ümummilli lider Heydər Əliyevin obrazını yaratmağa çalışacağam...”

Tədbir musiqi ilə müşayiət olunmuşdur. Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Şamo İbayev və Fərid Hacıyevin oxuduqları xalq mahnıları tədbir iştirakçıları tərəfindən rəğbət və məhəbbətlə qarşılanmışdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:24 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə