Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU tələbələri Bolqarıstanda keçirilən beynəlxalq elmi-praktik inşa yazı müsabiqəsinin sertifikatlarını alıblar

ATMU tələbələri Bolqarıstanda keçirilən beynəlxalq elmi-praktik inşa yazı müsabiqəsinin sertifikatlarını alıblar

Bolqarıstan Respublikasının Sviştov şəhərində Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı ilə keçirilən Beynəlxalq tələbə inşa yazı müsabiqəsində Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi iştirak hüququ qazanıb.

 Universitetin marketinq kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elmira Qocayevanın bildirdiyinə görə   "Mən bir iş lideri olsaydım ... davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” adlı beynəlxalq elmi-praktik konfransa göndərilən məqalələrdə yerli iqtisadi və sosial mühitə uyğun  inkişaf modellərindən bəhs olunub.

Qeyd edilir ki, müəyyən dəyərlər, o cümlədən insan amili idarəetmə mexanizminin təşkili və inkişafında mühüm əhəmiyyətə malikdir.”Mən bir lider olsaydım...davamlı inkişaf hədəflərinə çatmaq üçün nə edərdim?” elmi praktik konfransa təqdim olunan məqalələrdə konkret desək, rəhbərliyin məsuliyyətli inkişafı, təhsil-tədris yanaşmaları və üsullarında məqsədəuyğun yeniliklər nəzərdə tutulur.

İnşa yazı müsabiqəsinin yekun nəticələrinə əsasən müəlliflər Almaniyanın Köln şəhərində keçirilən 5-ci RMER Konfransının münsiflər heyəti tərəfindən sertifikatlarla mükafatlandırılıb, məqalələr CD disklərində buraxılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:20 - TƏHSİL
TƏHSİL
16 Avqust 2019 | 12:00
Təhsil naziri əmr imzaladı

Köhnə versiyamızdan xəbərləri izlə