Ən son xəbərlər

Son buraxılış
Arxiv

Siyəzəndə profilaktik tədbirlər aparılır

Siyəzəndə profilaktik tədbirlər aparılır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Siyəzən Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ilin ilk günlərindən başlayaraq ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. 

Artıq bütün ölkədə olduğu kimi, Siyəzən rayonunda da iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Dövlət Baytarlıq Xidməti epizootik tədbirlər planına uyğun olaraq dabaq xəstəliyinə qarşı həm xırdabuynuzlu, həm də iribuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirləri aparır.

Dabaq cütdırnaqlı ev və vəhşi heyvanların iti kontagiozlu virus mənşəli xəstəliyidir. Həssas heyvaların əsasən ağız boşluğu, dırnaq və digər nahiyələrində aftaların yaranması ilə səciyyələnir. Ölkəmizdə bu xəstəliyə qarşı polivalet peyvənd vasitəsindən istifadə olunur.

Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maarifləndirmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitini yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.

Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra Siyəzən rayonunda ev quşları və xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndlənmə tədbirləri aparılacaqdır.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2019 11:17 -
20 Fevral 2019 | 23:44
“Cəzasız cinayət”

Ən son xəbərləri səhifəmizdən də izləyin