Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Balaca gimnast Mina Abbasovanın Polşada böyük qələbəsi

Balaca gimnast  Mina Abbasovanın Polşada böyük qələbəsi

Polşanın Sosnoviç şəhərində Beynəlxalq Bədii Gimnastika Federasiyasının dəstəyi ilə bədii gimnastika üzrə “Beynəlxalq Sosnoviç Qış Kuboku – 2019” yarışması kecirilib. Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və  Avstriyanın  20-dən çox klubunun mübarizə apardığı turnirdə Azərbaycanı 8 yaşlı gimnast Mina Abbasova təmsil edib. O, 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda böyük rəqabət olmasına baxmayaraq,  fəxri kürsününun ən yüksək pilləsini tutmuş, qızıl medala sahib olmuşdur. 

Mina Azərbaycana olan sevgisini bəyan etmək üçün mükafatlandırma mərasimində    fəxri kürsünün  ən yüksək pilləsindən üçrəngli  müqəddəs  bayrağımıza  sarılaraq Vətənimizə  hərbi salam gondərib, bununla da Azərbaycan üçün hər zaman,  hər şeyə hazır olduğunu  bildirib. İstər münsiflər heyəti, istərsə də tamaşaçı auditoriyası balaca gimnastımızın bu jestini sürəkli alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən, Beynəlxalq  dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi “Rus RG Sport” klubunda məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir. Balaca gimnastın ən böyük arzusu doğma Azərbaycanı dünya  çempionatlarında və Olimpiya  oyunlarında təmsil etmək və  üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 11:13 - İDMAN
İDMAN
17 Avqust 2019 | 22:07
Mert Çetin “Roma”da
16 Avqust 2019 | 12:17
Moreno “Atletiko”ya keçir
9 Avqust 2019 | 10:40
“Real” Neymarla maraqlanır
7 Avqust 2019 | 20:59
Ən çox qol vuran futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə