Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TÜRKSOY-a üzv ölkələrin bəstəkarları beşinci dəfə bir araya gəlib

TÜRKSOY-a üzv ölkələrin bəstəkarları beşinci dəfə bir araya gəlib

Türkiyənin Bolu şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin bəstəkarlarının beşinci görüşü keçirilib.

Görüşdə Türkiyə, Qazaxıstan və Qaqauz Yeri Muxtar Ərazi Qurumundan (Moldova) olan el sənətkarları da iştirak edirlər.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Bolu şəhərinin Seben Bələdiyyəsinin sədri Süleyman Özbağ, Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Baynur Qydyrbekin çıxışları olub.

Çıxışlarda TÜRKSOY-un “Bəstəkarların görüşü” layihəsinin əhəmiyyətindən, o cümlədən Boluda keçirilən tədbirin mahiyyəti və vəzifələrindən danışılıb.

Sonra Aşıq Veysəl yaradıcılığına həsr olunan bədii proqram təqdim olunub.

Fevralın 15-dək davam edəcək görüşdə “Aşıq Veysəl ili-2019” tədbirlərinə bədii hazırlıq işləri görüləcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

12 2019 11:01 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin